ArazNews
Ana Səhifə / Dünya / Husilər Yəməndəki əl-Müxa limanına raket və PUA hücumu edib
Dünya

Husilər Yəməndəki əl-Müxa limanına raket və PUA hücumu edib

Husilər Yəməndəki əl-Müxa limanına raket və PUA hücumu edib

Yəmənin tanınmış hökumətinin rəsmiləri bildirib ki, İran İslam Respublikasının dəstəklədiyi husilər bazar günü Qırmızı dəniz sahilindəki strateji əl-Müxa limanını raket və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.

Yəmən İnformasiya Nazirliyinin müavini Faid ən-Numan Associated Press-ə bildirib ki, husilər əl-Müxa limanına raketlər və PUA-lar atıblar. Bu liman Yəmən hökumətinin nəzarətindəki ən mühüm limanlardan biridir və son illər husilərin nəzarətindəki Hüdeydə limanlarından istifadə etməyən gəmiləri qəbul etmək üçün bərpa olunub.

"Səudiyyə Ərəbistanının yeni gətirdiyi hərbi avadanlığın" hədəfə alındığına dair məlumatlar yayılıb.

Husilər bu gün həmçinin Səudiyyə Ərəbistanının Cazan şəhərindəki Aramco neft emalı zavoduna PUA hücumunun məsuliyyətini öz üzərilərinə götürüblər; Səudiyyə rəsmiləri yanğının baş verdiyini və tələfatsız söndürüldüyünü bildiriblər.