Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Misirin növbəti mərhələdə Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı və Pakistan arasındakı qarşılıqlı müdafiə sazişinə qoşulmasını gözləyir.
Anadolu Agentliyinə istinadən, Fidan Misiri bu ölkələrin "təbii tərəfdaşı" adlandırıb və deyib ki, yalnız bir neçə texniki məsələ həll olunmayıb qalıb və onlar həll edildikdən sonra Qahirənin bu koalisiyaya qoşulmasına heç bir maneə olmayacaq.
Fidan həmçinin vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın baxışına görə, bu struktur yalnız üç ölkə ilə məhdudlaşmamalı və regionun digər ölkələrinin qoşulması ilə genişləndirilə bilər. Məkkə qarşılıqlı müdafiə sazişi 7 avqust tarixində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanıb və bu sazişə əsasən, üç ölkədən hər hansı birinə silahlı hücum bütün tərəflərə hücum kimi qəbul ediləcək.