ArazNews
Ana Səhifə / İnsan Haqları / Ərdəbildə təhlükəsizlik xarakterli iş davam edir: üç türk fəal daha bir ay dustaq qalacaq
İnsan Haqları

Ərdəbildə təhlükəsizlik xarakterli iş davam edir: üç türk fəal daha bir ay dustaq qalacaq

Ərdəbildə təhlükəsizlik xarakterli iş davam edir: üç türk fəal daha bir ay dustaq qalacaq

Həsən Kərimi başçılıq etdiyi Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsi Siamək Mirzəyi, Əsgər Əkbərzadə və Əli Vasiginin həbs qərarını daha bir ay uzadıb. Təhlükəsizlik qüvvələri bu üç azərbaycanlı fəalı tir ayının 7-də (İran təqvimi) həbs etmişdi.

Mirzəyi və Vasiginə əvvəllər "qeyri-qanuni qruplara üzvlük" və "rejim əleyhinə təbliğat" ittihamları elan edilmişdi. Əsgər Əkbərzadəyə qarşı hansı ittihamların irəli sürüldüyü barədə dəqiq məlumat yayılmayıb.

Bu üç fəalın ailələri son həftələrdə məhkəmə orqanlarına müraciət edərək onların vəziyyətini izləyiblər. Həbs qərarının uzadılması bu fəalların qeyri-müəyyənlik vəziyyətini davam etdirib və onların taleyi ilə bağlı narahatlıqları artırıb.