Türkiyə bildirib ki, Van vilayətinin İranla sərhədindəki 305 kilometrlik təhlükəsizlik divarı layihəsinin 235 kilometri tamamlanıb, qalan 70 kilometrlik hissədə isə Başqala bölgəsində inşaat işləri davam edir.
Anadolu agentliyinə istinadən, çətin coğrafi şəraitə malik olan altı kilometrlik bir ərazidə ilk dəfə olaraq modul polad divar quraşdırılıb: bir metrlik beton özül, beş metrlik polad konstruksiya və 90 santimetrlik tikanli məftil.
Türkiyə bildirib ki, layihə «terrorizm», qaçaqmalçılıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məqsədilə həyata keçirilir. Sərhəd boyu həmçinin müşahidə qüllələri, istilik kameraları, radar, qabaqcıl sensorlar, pilotsuz uçuş aparatları, pilotsuz yerüstü nəqliyyat vasitələri və dronlara qarşı mübarizə sistemləri yerləşdirilib.