ArazNews
Ana Səhifə / İran / Tramp: İranla danışıqlar uğursuz olarsa, geniş miqyaslı hərbi əməliyyat həyata keçirəcəyik
İran

Tramp: İranla danışıqlar uğursuz olarsa, geniş miqyaslı hərbi əməliyyat həyata keçirəcəyik

Tramp: İranla danışıqlar uğursuz olarsa, geniş miqyaslı hərbi əməliyyat həyata keçirəcəyik

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla "çox ciddi və dərindən" danışıqlar aparır, lakin bu görüşlər nəticəsiz qalarsa, Birləşmiş Ştatlar İrana qarşı geniş miqyaslı hərbi əməliyyatlara əl atacaq.

Tramp bazar ertəsi Axios saytına verdiyi müsahibədə deyib: "Biz İranla çox ciddi və dərindən danışıqlar aparırıq. Əgər bu danışıqlar nəticə verməzsə, çox geniş miqyaslı hərbi əməliyyatlara qayıdacağıq."

ABŞ prezidenti diplomatik prosesə nə qədər vaxt verməyə hazır olduğu ilə bağlı suala cavab verərək qeyd edib: "Çox az vaxt. Ya çox sürətlə irəliləyəcək, ya da ümumiyyətlə irəliləməyəcək."

Tramp həmçinin İrana qarşı hərbi zərbələri dayandırmaq barədə son qərarına toxunaraq bildirib ki, 13 gecəlik zərbələrdən sonra keçən cümə günü bu əməliyyata son qoyulması əmrini verib. Onun sözlərinə görə, bir sıra vasitəçi ölkələr Vaşinqtondan danışıqlar yolu ilə anlaşmazlıqların həlli üçün yenidən fürsət yaradılmasını xahiş edib.

O, bu barədə deyib: "İranla əlaqəsi olan hər kəs məndən xahiş etdi: \"Atəş açma.\""

ABŞ prezidenti vurğulayıb ki, İranın razılığa gəlmək istədiyinə inanır. Bu açıqlamalar o zaman səslənir ki, Trampın çərşənbə axşamı Vaşinqtonda İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşərək İran məsələsi də daxil olmaqla regional mövzuları müzakirə etməsi gözlənilir.

Tramp həmin görüş barədə bildirib ki, Netanyahu ilə İranın nüvə proqramının vəziyyətini və regiondakı son hadisələri müzakirə etmək niyyətindədir. Öte yandan, Netanyahu da ABŞ səfərindən əvvəl elan edib ki, ABŞ prezidenti ilə görüşdə müzakirə olunacaq mövzuların başında İran dayanacaq.