Həmşəhri qəzeti xəbər verib ki, hakimiyyət başçıları yeni benzin planının həyata keçirilməsinə və benzinin "üçüncü kvotası" üçün 10 min tümən qiymətinin müəyyən edilməsinə razılıq veriblər.
Məlumata görə, bu planda mövcud kvotaların saxlanılması və üçüncü kvotanın daha yüksək tariflə təqdim edilməsi nəzərdə tutulur. Məsul şəxslərin bildirdiyinə görə, bu addımın məqsədi yanacaq istehlakının idarə edilməsi və artan yanacaq istehlakından irəli gələn yükün azaldılmasıdır.