ArazNews
Ana Səhifə / Azərbaycan / Azərbaycan "Səhər" şəbəkəsinin və İranın "Mehr" xəbər agentliyinin fəaliyyətini qanunsuz elan etdi
Azərbaycan

Azərbaycan "Səhər" şəbəkəsinin və İranın "Mehr" xəbər agentliyinin fəaliyyətini qanunsuz elan etdi

Azərbaycan

Azərbaycan Respublikası İslam Respublikası İrana bağlı "Səhər" televiziya şəbəkəsinin və "Mehr" xəbər agentliyinin ölkə ərazisindəki fəaliyyətini qanunsuz elan etdi. Bu qərar İranın Kəşfiyyat Nazirliyinin daha əvvəl Azərbaycanın AZTV kanalını düşmən kanallar siyahısına salmasından sonra qəbul edilib.

Bakı bu addımla Tehranın qərarına cavab olaraq müvafiq addım atdı. Azərbaycan Respublikası bir müddətdir İslam Respublikası İrana qarşı sərt mövqe nümayiş etdirir və Tehranla münasibətdə güzəştə getməkdən imtina edir.