ArazNews
Ana Səhifə / Dünya / Zelenski: Xəzər dənizində İranla bağlı hərbi yükləri daşıyan gəmiləri hədəf aldıq
Dünya

Zelenski: Xəzər dənizində İranla bağlı hərbi yükləri daşıyan gəmiləri hədəf aldıq

Zelenski: Xəzər dənizində İranla bağlı hərbi yükləri daşıyan gəmiləri hədəf aldıq

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin silahlı qüvvələri Xəzər dənizində İslam Respublikası İranla bağlı hərbi yüklərin daşınmasında istifadə edilən gəmiləri hədəf alıb.

Zelenski avqustun 3-ü, şənbə günü "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Ukrayna Xəzər dənizindəki uzaqmənzilli zərbələr zamanı "çox güclü" nəticələr əldə edib. Onun sözlərinə görə, bu zərbələr İranla bağlı hərbi yükləri daşıyan gəmilərlə yanaşı, bir döyüş gəmisini də hədəf alıb.