ArazNews
Ana Səhifə / Dünya / Yerusəlimdəki ABŞ səfirliyi: Amerika vətəndaşları uçuşların ləğvi və hava məkanının bağlanmasına hazır olsunlar
Dünya

Yerusəlimdəki ABŞ səfirliyi: Amerika vətəndaşları uçuşların ləğvi və hava məkanının bağlanmasına hazır olsunlar

Yerusəlimdəki ABŞ səfirliyi: Amerika vətəndaşları uçuşların ləğvi və hava məkanının bağlanmasına hazır olsunlar

Yerusəlimdəki ABŞ səfirliyi yeni təhlükəsizlik xəbərdarlığında bildirib ki, Yaxın Şərqdəki gərginliyin artması səbəbindən təhlükəsizlik mühiti mürəkkəb xarakter daşıyır və gözlənilməz eskalasiya ehtimalı mövcuddur. Səfirlik Amerika vətəndaşlarından sayıqlıqlarını artırmalarını və uçuşların mümkün ləğvinə, hava məkanının bağlanmasına həmçinin səyahətin pozulmasına hazır olmalarını xahiş edib.

Yerusəlimdəki ABŞ səfirliyi və Tel-Əvivdəki filialı adi və təcili konsulluq xidmətlərini göstərməyə davam edir. Sərnişinlər uçuşların vəziyyəti barədə məlumat almaq üçün Ben-Qurion və Hayfa hava limanlarına, yaxud öz aviasiya şirkətlərinə müraciət etməyə yönləndirilib.