ArazNews
Ana Səhifə / Dünya / Axios: ABŞ və Britaniya Hormuz boğazında gəmiçiliyin mühafizəsi üçün koalisiya yaratmaq məqsədilə görüş keçirəcək
Dünya

Axios: ABŞ və Britaniya Hormuz boğazında gəmiçiliyin mühafizəsi üçün koalisiya yaratmaq məqsədilə görüş keçirəcək

Axios: ABŞ və Britaniya Hormuz boğazında gəmiçiliyin mühafizəsi üçün koalisiya yaratmaq məqsədilə görüş keçirəcək

ABŞ və Britaniya gələn həftə Londonda yüksək səviyyəli bir görüş keçirməyi planlaşdırır. Görüşün əsas mövzusu Hormuz boğazında gəmiçiliyin mühafizəsinə yönəlik ehtimal olunan beynəlxalq koalisiyanın yaradılması olacaq.

Məlumata görə, qərb ölkələrinin və bölgə dövlətlərinin müdafiə nazirlərinin həmçinin yüksək rütbəli hərbi komandanların bu görüşdə iştirak etməsi gözlənilir. ABŞ-ın müdafiə naziri Pit Heqset və ABŞ ordusunun Birləşik Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin də görüşdə iştirakı müzakirə edilir.