ArazNews
Ana Səhifə / İran / Vaşinqton İranın hücumlarından dəyən zərərlərin xərclərini Tehranın cibindən çıxarır
İran

Vaşinqton İranın hücumlarından dəyən zərərlərin xərclərini Tehranın cibindən çıxarır

Vaşinqton İranın hücumlarından dəyən zərərlərin xərclərini Tehranın cibindən çıxarır

ABŞ elan edib ki, İranın hücumları nəticəsində zərər çəkən gəmilərin xərclərini İslam Respublikasının dondurulmuş aktivlərindən ödəyəcək.

Donald Tramp cümə günü, iyulun 24-də Truth Social platformasında paylaşdığı mesajda bildirib ki, bu andan etibarən, növbəti bildirişə qədər, gəmilərə və onların yükünə dəyən hər hansı zərərin məbləği ABŞ-ın nəzarətindəki İran vəsaitlərindən tutulacaq. O, bu addımı «ədalətli və mütənasib» adlandırıb və qeyd edib ki, həmin məbləğ çox böyük ola bilər.

ABŞ prezidenti Hörmüz boğazının adını çəkməyib, lakin onun mesajı, görünür, İslam İnqilabı Keşikçiləri Korpusunun bu su yolundan keçən gəmilərə son hücumlarına işarə edir. İki gün əvvəl isə o, xəbərdarlıq etmişdi ki, hər hansı bir gəmiyə hücum edilərsə, İrandakı bir körpü ya enerji stansiyası bombardmana məruz qalacaq.

Abbas Əraqçi isə X şəbəkəsindəki paylaşımında bu qərarı «təhlükəli və gərginlik yaradan presedent» kimi dəyərləndirərək yazıb: əgər ölkələrin əmlakının müsadirəsi adi bir təcrübəyə çevrilərsə, dünyada heç bir aktiv toxunulmaz qalmayacaq.