ArazNews
Ana Səhifə / İran / Tramp: Gəmilərə və yüklərə dəyən zərər İranın aktivlərindən ödəniləcək
İran

Tramp: Gəmilərə və yüklərə dəyən zərər İranın aktivlərindən ödəniləcək

Tramp: Gəmilərə və yüklərə dəyən zərər İranın aktivlərindən ödəniləcək

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, bundan sonra gəmilərə, yüklərə və dəniz daşımacılığı ilə bağlı aktivlərə dəyən hər hansı bir zərər ABŞ-ın nəzarəti və ixtiyarında olan İran aktivlərindən ödəniləcək.

Tramp əlavə edib ki, bu bəyanat növbəti bildirişə qədər ABŞ hökumətinin siyasətinin əsasını təşkil edəcək. O deyib ki, gəmi və yük hadisələri ilə bağlı bütün zərərlər ABŞ-ın sərəncamında olan İranın maliyyə mənbələrindən ödəniləcək.

ABŞ prezidenti bu zərərlərin «çox əhəmiyyətli» ola biləcəyinə işarə edərək həmin addımı «ədalətli və düzgün» olaraq xarakterizə edib.