Hormozgan vilayətinin Ali Şuralar Şurasındakı nümayəndəsi İLNA xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, Caskin rayonunun qərbindəki Bunji su təmizləyici qurğusuna dəyən ziyan nəticəsində rayonun bir çox kəndinin sakinləri ciddi su çatışmazlığı problemi ilə üzləşib və içməli suya çıxışdan məhrum qalıblar. Abdulla Pərvazın sözlərinə görə, hazırda bəzi ərazilərə su çatdırılması sisternlərlə həyata keçirilir, lakin hələ də bütün kəndlər bu xidmətdən yararlanmır.
O, həmçinin ABŞ-ın hava zərbələri nəticəsində bir sıra körpülərin dağıdılması səbəbindən Hormozgan vilayətinin nəqliyyat yollarında "ciddi pozuntular" yarandığını qeyd edərək əlavə edib ki, "bu vəziyyət bəzi marşrutlarda, xüsusilə Bəndərabbas ərazisindəki yollarda sıx trafikə səbəb olub və əhalidan lazımsız səfərlərdən çəkinməsi xahiş edilir".
Bu arada cənub şəhərlərinin böyük bir qismində, xüsusilə ən isti saatlarda elektrik enerjisinin kəsilməsi davam etməsi həmin ərazilərin sakinlərini ciddi çətinliklərlə üzləşdirib.