ArazNews
Ana Səhifə / İran / Dollar 200 min tümənə yaxınlaşır; rialın dəyərinin süqutunda yeni rekord
İran

Dollar 200 min tümənə yaxınlaşır; rialın dəyərinin süqutunda yeni rekord

Dollar 200 min tümənə yaxınlaşır; rialın dəyərinin süqutunda yeni rekord

ABŞ dolları şənbə axşamı, şəhrivər ayının birinci günü (avqustun 23-də) İranın sərbəst bazarında təxminən 198 min tümənə qədər yüksələrək yeni rekord qeydə alıb. Avro isə 231 min tümənü keçib, Britaniya funt-sterlinqi isə təxminən 267 min tümənə çatıb.

Dollar keçən həftənin əvvəlində təxminən 186 min 500 tümənə satılırdı; deməli, bir həftədən az müddətdə 6 faizdən çox artıb. Dollarin qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Sərbəst bazar əməliyyatlarının qeyri-rəsmi və dağınıq olması səbəbindən müxtəlif mənbələr tərəfindən elan edilən məzənnələr bir-birindən bir qədər fərqlənir.

İran İnternəşnl ilə əlaqə saxlayan bir sıra vətəndaşlar mənzil, müalicə, təhsil və ərzaq xərclərinin artmasından narahatlıqlarını bildirərək, iqtisadi təzyiqlərin hökumətdən daha çox adi insanların həyatını hədəf aldığını deyiblər.

ABŞ sanksiyalarının güclənməsi, valyuta gəlirlərinin azalması, inflyasiya, su və elektrik enerjisi çatışmazlığı, habelə Tehran ilə Vaşinqton arasındakı siyasi tupikin valyutaya tələbatın artması və rialın dəyərinin daha da süqut etməsinin səbəbləri kimi göstərilib.