ArazNews
Ana Səhifə / İran / Dey ayı etirazlarının həbs edilənlərindən daha biri edam olundu: Məcid Adine Kərəcdə edam edildi
İran

Dey ayı etirazlarının həbs edilənlərindən daha biri edam olundu: Məcid Adine Kərəcdə edam edildi

Dey ayı etirazlarının həbs edilənlərindən daha biri edam olundu: Məcid Adine Kərəcdə edam edildi

İran mediası 1404-cü il dey ayı (2025-ci ilin dekabr-yanvar) etirazlarının həbs edilənlərindən Məcid Adinenin edam hökmünün icra olunduğunu xəbər verib.

İslam Respublikası məhkəmə hakimiyyətinə bağlı Mizan xəbər agentliyinin məlumatına görə, Adine dey ayının 19-da Kərəcin Məhəmmədşəhr ətrafında həbs olunub və onun işinə Kərəc İnqilab Məhkəməsində baxılıb.

Məhkəmə hakimiyyəti iddia edir ki, həbs zamanı ondan tapança, döyüş sursatı və bir sıra digər silah və avadanlıq aşkar edilib. Mizan bu işlə bağlı bir silah və bir elektrik mişarının şəklini də yayıb.

Məhkəmə hakimiyyətinin versiyasına əsasən, Adineyə "məharibə" (Allaha qarşı silahlı mübarizə), ABŞ və İsrailin xeyrinə fəaliyyət, qəsdən yanğın törətmə, daxili təhlükəsizliyə qarşı toplaşma və sui-qəsd, habelə "rejim əleyhinə təbliğat" kimi ittihamlar irəli sürülüb.

Mizan bildirib ki, onun edam hökmü İslam Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu gün səhər icra olunub.