ArazNews
Ana Səhifə / Bölgə / Suriya XİN: İslam Respublikasının beş ərəb ölkəsinə qarşı pərəndə aparatı və raket hücumlarını qətiyyətlə pisləyirik
Bölgə

Suriya XİN: İslam Respublikasının beş ərəb ölkəsinə qarşı pərəndə aparatı və raket hücumlarını qətiyyətlə pisləyirik

Suriya XİN: İslam Respublikasının beş ərəb ölkəsinə qarşı pərəndə aparatı və raket hücumlarını qətiyyətlə pisləyirik

Suriya Xarici İşlər Nazirliyi İslam Respublikasının Küveyt, Oman, Bəhreyn, İordaniya və İraq Kürdüstan bölgəsinə qarşı pərəndə aparatı və raketlərlə həyata keçirdiyi hücumları «ölkələrin suverenliyinin açıq pozulması, təhlükəsizliyə birbaşa təhdid və beynəlxalq hüquq normalarının tapdalanması» kimi xarakterizə edərək Dəməşqin hədəf alınan ölkələrlə tam həmrəyliyini elan edib. Nazirlik eyni zamanda Tehranın cənubi Suriyada yerləşən ABŞ-ın xüsusi əməliyyatlar komandanlıq mərkəzinə hücum etdiyi iddiasını da rədd edib; bu iddia daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (SENTKOM) tərəfindən də təkzib edilmişdi.