ArazNews
Ana Səhifə / İran / Elmi hövzələrin rəhbəri: ABŞ ilə danışıqları dayandırın və razılaşmanı bitmiş hesab edin
İran

Elmi hövzələrin rəhbəri: ABŞ ilə danışıqları dayandırın və razılaşmanı bitmiş hesab edin

Elmi hövzələrin rəhbəri: ABŞ ilə danışıqları dayandırın və razılaşmanı bitmiş hesab edin

Bəyanatda qeyd edilir ki, ABŞ «razılaşmanın bütün bəndlərini pozub» və «razılaşmaya riayət etmək və danışıqları davam etdirmək üçün heç bir əsas qalmayıb».

Xameneyin ölümündən sonra İslam Respublikasının Rəhbərlik Şurasına üzv seçilən Ərafı, Məsud Pəzişkiyan, Milli Təhlükəsizlik Ali Şurasının üzvləri, komandanlar və diplomatik rəsmilərə müraciət edərək, danışıqları davam etdirmək əvəzinə «cihad və müqavimət yolunu tutmalarını» tələb edib. O iddia edib ki, rəsmilər «iqtisadi problemlər bəhanəsi ilə, müharibə xərclərindən və infrastrukturun dağıdılmasından qorxaraq danışıqlar və razılaşma yolunu bundan artıq davam etdirməməlidir».

Bu açıqlamalar o zaman səslənir ki, son günlərdə sabiq rəhbər Xameneyin dəfn mərasiminin ardından İran hökumətinin tərəfdarları arasında «intiqam» və «qisas» adlandırılan tələblər giderek artmaqdadır.