ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı mümkün yerüstü əməliyyat üçün öz qüvvələrini göndərməyə ehtiyac duymur.
Tramp Fox News televiziyasına verdiyi müsahibədə yerüstü hücum variantını tamamilə istisna etmədi. O vurğulayıb ki, "bu missiyanı bizim üçün həyata keçirəcək başqa adamlar var." ABŞ prezidenti eyni zamanda Vaşinqtonun geniş miqyaslı yerüstü müharibəyə birbaşa qoşulmamasını üstün tutduğunu açıqlayıb.
Tramp həmin qüvvələrin kimliyini bildirmədi. Hələlik heç bir ABŞ rəsmisi onun sözlərinin mənasına dair rəsmi izahat verməyib.