Kepler şirkətinin məlumatına görə, həmin gün Hörmüz boğazından keçən on bir gəmidən 9-u İranın müəyyən etdiyi marşrutdan istifadə edib. Bu gəmilər arasında üç boş neft tankeri, bir "Aframaks" seriyasına aid tanker və iki çox böyük xam neft tankeri (VLCC) yer alıb.
Həmin məlumatlara əsasən, İranın ixrac yükləri ilə boğazdan çıxan gəmilər arasında 2 milyon barrel xam neft daşıyan bir VLCC tankeri, emal məhsulları daşıyan bir orta ölçülü tanker və LPG daşıyan iki tanker olub. Bunlarla yanaşı, metanol daşıyan bir tanker və dəmir filizi daşıyan bir yük gəmisi də İran limanlarından beynəlxalq sulara yola düşüb.
Diqqət çəkici odur ki, Kepler-in həmin günə aid məlumatlarında Körfəz ölkələrinin digər neft ixracatçılarına məxsus heç bir tankerin açıq sulara çıxdığına dair iz qeydə alınmayıb.