ArazNews
Ana Səhifə / İran / Büşehr vilayət idarəsi açıqladı: ABŞ hücumları Büşehr əyalətinin bəzi ərazilərini hədəf alıb
İran

Büşehr vilayət idarəsi açıqladı: ABŞ hücumları Büşehr əyalətinin bəzi ərazilərini hədəf alıb

Büşehr vilayət idarəsi açıqladı: ABŞ hücumları Büşehr əyalətinin bəzi ərazilərini hədəf alıb

Büşehr valisi siyasi və təhlükəsizlik müavini bildirib ki, ABŞ hücumları zamanı əyalətin Dəşti və Təngestан şəhəristanlarındakı bəzi ərazilər hədəf alınıb.

Ehsan Cahanian İRNA xəbər agentliyinə açıqlamasında deyib ki, ilkin qiymətləndirmələrə əsasən, bu hücumlar indiyədək insan tələfatına səbəb olmayıb və mülki obyektlərə də ciddi ziyan dəyməyib. O, vətəndaşlardan raket düşmə məntəqələrinə yaxınlaşmamağı xahiş edib.

Eyni zamanda beynəlxalq medialar xəbər verib ki, ABŞ hücumları Büşehr atom elektrik stansiyasının yerləşdiyi Büşehr liman şəhərini də hədəf alıb. Bununla belə, nüvə elektrik stansiyası təsisatlarının bu hücumlarda zərər görüb-görmədiyi hələlik məlum deyil.