Həmin rəsmi İsrailin On İki kanalına bildirib ki, tərəflərin bu layihənin sürəti barədə ehtimal ki, ixtilafları olacaq. O əlavə edib: «Livanlılar bu prosesə mümkün qədər nəzarəti öz əllərində saxlamağa çalışırlar ki, gələcəkdə pilot layihəsinin genişləndirilməsinə imkan yaransın.»
Həmin rəsmi vurğulayıb: «Birinci pilot mərhələ uğurunu sübut etməyənə qədər heç bir başqa geri çəkilmə olmayacaq.» Onun sözlərinə görə, tərəflər arasında Livan ordusunun öz missiyasını tam yerinə yetirdiğini və İsrail ordusunun geri çəkilməli olduğunu müəyyən edən meyarlar məsələsində ixtilaf mövcuddur.