ArazNews
Ana Səhifə / İnsan Haqları / Əhvazlı ərəb şair FATA polisinin işgəncəsinə məruz qalıb; Mustafa Həliçiyə 13 il həbs
İnsan Haqları

Əhvazlı ərəb şair FATA polisinin işgəncəsinə məruz qalıb; Mustafa Həliçiyə 13 il həbs

Əhvazlı ərəb şair FATA polisinin işgəncəsinə məruz qalıb; Mustafa Həliçiyə 13 il həbs

«Karun» insan hüquqları təşkilatı Əhvazlı ərəb şair və mədəni fəal Mustafa Həliçinin (Cəmal) «Tribünadan zindana» adlı ərizə-şikayətini dərc edib.

Həliçi 2023-cü ilin noyabrından etibarən həbsdədir və Əhvaz İnqilab Məhkəməsinin üçüncü şöbəsi, Rəşid Kiyani Dəhkiyanın sədrliyi ilə onu 13 il həbs cəzasına məhkum edib: on il «sistemə düşmən qrupun yaradılması», üç il isə «müxalif qruplara üzvlük» ittihamı üzrə.

O yazıb ki, yalnız keçmiş kamera yoldaşı Muxtar Albüşükənin Şeyban zindanından etdiyi telefon əlaqələri səbəbindən həbs olunub və FATA polis idarəsinin saxlama məntəqəsində işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, həbsdəkiləri asıb, kabel ilə ayaqlarının altına və bədənlərinə vurublar.

Məhkəmə iclasları videokonfrrans formatında keçirilib və ittiham olunanların seçdikləri vəkil tutmağa icazəsi olmayıb. Muxtar Albüşükə isə əvvəlki ömürlük həbs cəzasına əlavə olaraq daha 13 il həbs cəzasına məhkum edilib.