ArazNews
Ana Səhifə / Dünya / İsrail müdafiə naziri: Hizbullah tərksilah edilənədək Livandan bir addım belə geri çəkilməyəcəyik
Dünya

İsrail müdafiə naziri: Hizbullah tərksilah edilənədək Livandan bir addım belə geri çəkilməyəcəyik

İsrail müdafiə naziri: Hizbullah tərksilah edilənədək Livandan bir addım belə geri çəkilməyəcəyik

Kats bildirib ki, İsrail ordusunun geri çəkilməsi hazırda yalnız Livanla bağlanan son razılaşmada müəyyənləşdirilmiş iki bölgə ilə məhdudlaşacaq. O, İsrail qüvvələrinin Cənubi Livandakı varlığının davam edəcəyini vurğulayıb, çünki onun sözlərinə görə Livan ordusu Hizbullahla mübarizə aparmaq üçün nə gücə, nə də iradəyə malikdir.

İsrail müdafiə naziri həmçinin iddia edib ki, ABŞ-ın təzyiqi olmasa idi, İsrail ordusu Hizbullahı tamamilə dağıda bilərdi. O, İsrailin Hizbullaha qarşı geniş miqyaslı hava əməliyyatı keçirməyi planlaşdırdığını, lakin Vaşinqtonun İranla danışıqları irəlilətmək cəhdləri səbəbindən əməliyyatın həcminin məhdudlaşdırıldığını deyib.

Kats əlavə edib ki, İsrail Hizbullahun qalan tunellərinin məhv edilməsinə hazırlığını davam etdirir. O, həmçinin xəbərdarlıq edib ki, İranın Livan hadisələrinə cavab olaraq İsrailə raket hücumu etməsi halında İsrail ordusu İranın daxilindəki hədəflərə cavab zərbəsi endirməyə hazırdır.