ArazNews
Ana Səhifə / Dünya / Avropa İttifaqının xarici siyasət məsulу: Türkiyə ilə dialoq heç vaxt olmadığı qədər əhəmiyyətlidir
Dünya

Avropa İttifaqının xarici siyasət məsulу: Türkiyə ilə dialoq heç vaxt olmadığı qədər əhəmiyyətlidir

Avropa İttifaqının xarici siyasət məsulу: Türkiyə ilə dialoq heç vaxt olmadığı qədər əhəmiyyətlidir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə məsulu Kaya Kallas Türkiyəyə səfərindən əvvəl bəyan edib ki, Ankara regional təhlükəsizlik, miqrasiya, müdafiə və regional sabitlik sahələrindəki strateji rolu sayəsində Avropa İttifaqı üçün mühüm tərəfdaşdır və Türkiyə ilə dialoq indi heç vaxt olmadığı qədər əhəmiyyət daşıyır.

29-30 iyun tarixlərində keçiriləcək görüşlərdə iştirak etmək üçün Türkiyəyə gedəcək Kallas, Ankarada keçiriləcək gələcək NATO sammitinə işarə edərək bu görüşü "həqiqətən tarixi" kimi xarakterizə edib və bildirib ki, mövcud şəraitdə sammatin ən mühüm mesajı ittifaq üzvləri arasında birliyin nümayiş etdirilməsi olacaq.

O, Türkiyənin NATO-dakı mövqeyini vurğulayaraq qeyd edib ki, Türkiyə ittifaqın ikinci böyük ordusuna sahib olmaqla və güclü müdafiə sənayesindən bəhrələnməklə Avropanın və regionun təhlükəsizliyində əsas rol oynayır. Kallas həmçinin Türkiyəni Yaxın Şərqdə və Cənubi Qafqazda mühüm oyunçu kimi dəyərləndirərək Ankara ilə əməkdaşlığın və dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıb.