İslam İnqilabı Keşikçi Korpusu (İİKK) bəyan edib ki, bazar ertəsi günü saat 02:00-03:00 arasında Küveytdəki «Ali əs-Salim» bazasında ABŞ ordusuna məxsus 8 infrastruktur obyektini və Bəhreynin «Salman» limanındakı Beşinci Dəniz Donanması qərargahını raket və pilotsuz təyyarələrlə hədəf alıb.
İİKK-nın ictimaiyyətlə əlaqələr bölməsinin açıqlamasına görə, əməliyyat ABŞ-ın İranın cənubundakı beş sahil mövqeyinə hücumuna cavab olaraq həyata keçirilib. Korpus Vaşinqtonu «sözündən dönməkdə» ittiham edərək xəbərdarlıq edib ki, bundan sonrakı hər hansı bir təcavüz «əzici» cavabla qarşılanacaq.
İİKK-nın Dəniz Qüvvələri isə ayrıca açıqlamasında bildirib ki, regiondakı ABŞ bazaları «cəhənnəmi yaşayacaq». Buna müqabil, bir ABŞ-lı rəsmi Reuters-ə açıqlamasında həmin hücumların ABŞ qüvvələri arasında hər hansı itkiyə və ya ciddi ziyana səbəb olmadığını deyib.