ABŞ müdafiə naziri Pit Heqset yaxın saatlarda İrana qarşı yeni hücumların həyata keçiriləcəyini açıqlayıb.
ArazNews-un məlumatına görə, Heqset bildirib ki, bu gecə CENTCOM-un işi çox olacaq, çünki İran İslam Respublikasına ağır zərbə endirilməsi planlaşdırılır. Onun sözlərinə görə, İran rejiminin hələ də “əla bir razılaşmanı” qəbul etmək imkanı var, lakin indiyədək buna razılıq verməyib.
ABŞ müdafiə naziri əlavə edib ki, bombalar bir-bir İranın əsas obyektlərinə endiriləcək. O vurğulayıb ki, bu hücumların məqsədi müharibəni yenidən başlatmaq deyil, mümkün razılaşmanın şərtlərini müəyyən etməkdir.