ArazNews
Ana Səhifə / Xəbər / Tramp Ağ Evin “Vəziyyət Otağı”nda İrana hücum variantlarını müzakirə edib
Xəbər

Tramp Ağ Evin “Vəziyyət Otağı”nda İrana hücum variantlarını müzakirə edib

 Tramp Ağ Evin “Vəziyyət Otağı”nda İrana hücum variantlarını müzakirə edib


ABŞ Prezidenti Donald Tramp çərşənbə günü günortadan sonra Ağ Evin “Vəziyyət Otağı”nda İrana qarşı yeni hücum variantlarını nəzərdən keçirmək üçün iclas keçirib.


Bu toplantı Trampın jurnalistlərə ABŞ-ın “bu gün İranı yenidən sərt şəkildə vuracağını” deməsindən cəmi bir neçə saat sonra baş tutub.


ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, masadakı variantlardan biri genişmiqyaslı, lakin qısamüddətli hərbi əməliyyatdır. Bildirilir ki, bu əməliyyatın məqsədi Tehranın danışıqlardakı mövqeyini dəyişməyə məcbur etməkdir.


ABŞ-dan iki mənbə xəbəri təsdiqləsə də, nəzərdən keçirilən variantların detalları barədə əlavə məlumat verməyib.