İran İslam Respublikasının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ABŞ-ın İrana qarşı hücumlarına görə region ölkələrini, xüsusilə də Fars körfəzinin cənubunda yerləşən ölkələri məsul saydığını bildirib.
Araz News-un məlumatına görə, İran Xarici İşlər Nazirliyi bəyanatında ABŞ-ın İrana qarşı hücumlarının “hüquqi və mənəvi məsuliyyətinin” region ölkələrinin üzərinə düşdüyünü iddia edib.
Bəyanatda qeyd olunub ki, ABŞ və İsrail orduları İrana qarşı əməliyyatların həyata keçirilməsi və dəstəklənməsi üçün bəzi region ölkələrinin ərazisindən və imkanlarından istifadə edirlər.
İran Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Tehran özünü müdafiə hüququndan istifadə edərək İrana qarşı əməliyyatlarda istifadə olunan hücum mənbələrini, hərbi bazaları və logistik obyektləri hədəfə almaqda “tərəddüd etməyəcək”.