İsrail Cənubi Livana hücumlarını davam etdirərək liman şəhəri Suru hədəfə alıb.
Araz News-un Reuters-ə istinadən verdiyi məlumata görə, İsrail ordusu 19 iyun tarixində Livanın cənubundakı Sur şəhərini bombalayıb.
Livan Səhiyyə Nazirliyi bildirib ki, hücum nəticəsində azı 8 nəfər həyatını itirib. Hücum İsrail tərəfindən şəhərin boşaldılması barədə xəbərdarlıq edildikdən sonra həyata keçirilib.
Bu arada, İran İslam Respublikası daha əvvəl xəbərdarlıq etmişdi ki, İsrailin Hizbullaha qarşı hücumlarının davam etməsi regionda gərginliyin yenidən artmasına səbəb ola bilər.