ArazNews
Ana Səhifə / İnsan Haqları / Hüseyn Əlizadə Azərə «Adəm və Həvvaya təhqir» səbəbilə «peyğəmbərə söymə» ittihamı irəli sürülüb
İnsan Haqları

Hüseyn Əlizadə Azərə «Adəm və Həvvaya təhqir» səbəbilə «peyğəmbərə söymə» ittihamı irəli sürülüb

Hüseyn Əlizadə Azərə «Adəm və Həvvaya təhqir» səbəbilə «peyğəmbərə söymə» ittihamı irəli sürülüb

Siyasi məhbus Hüseyn (Şahan) Əlizadə Azər «rəhbərliyə təhqir», «İslam Respublikasına qarşı təbliğat» və «Adəm ilə Həvvaya təhqir» əsasında «peyğəmbərə söymə» də daxil olmaqla ağır ittihamlarla üzləşib. O, keçən ilin dekabr ayında da həbs edilərək «İslam Respublikasına qarşı təbliğat» ittihamına məruz qalmışdı.

38 yaşlı mühəndis-xəritəçi olan bu vətəndaş girov qərarı ilə azad edildikdən sonra yenidən — iyulun 13-də — İslamşəhrdəki evi önündə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq Böyük Tehran həbsxanasına köçürülüb.