ArazNews
Ana Səhifə / Xəbər / Tramp İranla razılaşma mətnində dəyişikliklər tələb etdi
Xəbər

Tramp İranla razılaşma mətnində dəyişikliklər tələb etdi

 Tramp İranla razılaşma mətnində dəyişikliklər tələb etdi


Donald Tramp ABŞ və İran nümayəndələri arasında ilkin razılaşdırılmış anlaşma mətninə bəzi dəyişikliklərin edilməsini istəyib.


ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, Tramp Ağ Evin Vəziyyət Otağında keçirilən iclasda komandasından İranın nüvə proqramı və Hörmüz boğazının yenidən açılması ilə bağlı bəzi maddələrin yenidən işlənməsini tələb edib. Mənbələr bildirirlər ki, ABŞ prezidenti xüsusilə İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və razılaşmanın icra qrafiki ilə bağlı detallara daha çox aydınlıq gətirilməsini istəyir.


Məlumata görə, tərəflər razılaşmaya yaxın olsalar da, Trampın yeni tələbləri əlavə məsləhətləşmələrin başlanmasına səbəb olub. Danışıqların bir neçə gün daha davam edə biləcəyi bildirilir.


Amerikalı rəsmilər Ağ Evin yekun razılaşmanın yaxın günlərdə əldə olunacağına ümid etdiyini vurğulayırlar.