Onlarla gəmi Hörmüz boğazından keçdi; İran məhdudiyyətləri azaltdı
İran daxili mediası xəbər verib ki, İran rejiminin hərbi qüvvələri ötən axşamdan etibarən bəzi gəmilərə, o cümlədən bir sıra Çin gəmilərinə Hörmüz boğazından keçid icazəsi verib.
İran dövlət televiziyasının məlumatına görə, bu strateji su yolundan “30-dan çox gəmi” keçib, lakin bu gəmilərin hamısının milliyyəti barədə detallar açıqlanmayıb.
Sepah-a yaxın olan Fars və Tasnim agentlikləri məlumatlı mənbələrə istinadən bildirib ki, bu keçid “İran rejiminin qərarı” və “Hörmüz boğazının İran idarəetmə protokolu” çərçivəsində həyata keçirilib.
Bu hadisələr ABŞ prezidenti Donald Trampın Çin səfəri və Vaşinqtonla Pekinin beynəlxalq su yollarında “enerji axınının azadlığının qorunması” barədə razılıq elan etməsi ilə eyni vaxta təsadüf edir. Ağ Ev həmçinin bildirib ki, Pekin Hörmüz boğazının hərbiləşdirilməsinə və bu marşrutda keçid üçün əlavə ödənişlərin tətbiqinə qarşıdır.