Rubio: Çinin İrana təzyiqi artıracağına ümid edirik
1 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Pekinin Hörmüz boğazında İran rejiminin hərəkətlərini cilovlamaq üçün daha aktiv rol oynayacağına ümid edir.
Araz News-in məlumatına görə, Donald Trampı Çin səfərində müşayiət edən Rubio Fox News-a müsahibəsində deyib: “Ümid edirik ki, Çin İranı hazırda körfəzdə gördüyü addımlardan geri çəkilməyə inandıra bilər.”
O vurğulayıb ki, Hörmüz boğazındakı böhranın davam etməsi Çin iqtisadiyyatına da zərər verəcək; çünki bəzi Çin gəmiləri bölgədə ilişib qalıb və böhranın yaratdığı iqtisadi təzyiqlər Pekinin ixracına təsir göstərib.
Rubio əlavə edib ki, Çin iqtisadiyyatı qlobal ticarətdən asılıdır və körfəzdə gərginliyin artması müxtəlif ölkələrin Çin mallarını alışını azalda bilər.