İran parlament rəsmisinin Trampa reaksiyası: “Uranın təhvili və sıfır zənginləşdirmə xəyaldır”
1 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi Donald Trampın açıqlamalarına reaksiya verərək bildirib ki, “uranın ABŞ-a təhvil verilməsi, Hörmüz boğazının tam açılması, dəniz blokadasının davamı və sıfır zənginləşdirmə” kimi planlar Trampın “yalanları və xəyallarıdır”.
ArazNews-un məlumatına görə, Əzizi bu fikirləri sosial şəbəkə X-dəki hesabında paylaşaraq ABŞ prezidentinin iddialarını rədd edib.
Bu açıqlama Trampın cümə axşamı axşamı ABŞ-ın “istənilən yolla” İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarına çıxış əldə edəcəyini bildirməsindən sonra səsləndirilib. Tramp danışıqlar uğursuz olarsa, bunun “daha az dostyana yollarla” həyata keçirilə biləcəyini də vurğulamışdı.