Qalibaf: Hörmüzdən keçid İranın icazəsinə bağlıdır

6 saat əvvəl 1 dəq oxu Editorial Board
Qalibaf: Hörmüzdən keçid İranın icazəsinə bağlıdır


Araz News-un məlumatına görə, İran parlamentinin sədri Məhəmmədbagir Qalibaf sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, ABŞ-ın İran limanlarını blokadaya alması davam edərsə, Tehran Hörmüz boğazını yenidən bağlaya bilər.


O qeyd edib ki, belə bir vəziyyətdə boğaz açıq qalmayacaq və bu strateji marşrutdan keçid onun sözlərinə görə İranın icazəsinə bağlı olacaq.