İran rəsmisi: Nüvə məsələləri üzrə hələ razılaşma əldə olunmayıb
Yüksək vəzifəli iranlı rəsmi bildirib ki, davam edən danışıqlara baxmayaraq, Tehran və Vaşinqton arasında nüvə məsələlərinin detalları üzrə hələ heç bir razılaşma əldə olunmayıb və əsas fikir ayrılıqları qalmaqdadır.
Araz News-un Reuters-ə istinadən verdiyi məlumata görə, rəsmi qeyd edib ki, bu fərqlərin aradan qaldırılması üçün daha ciddi danışıqlara ehtiyac var və xüsusilə İranın nüvə proqramı ilə bağlı “boşluqlar” hələ də qalır. O həmçinin Pakistanın vasitəçiliyi ilə yaxın günlərdə ilkin razılaşmaya nail olunacağına ümid etdiyini bildirib.
Rəsmi əlavə edib ki, Tehran hələ də sanksiyaların ləğvi və kompensasiyanın ödənilməsi məsələlərində israr edir və danışıqlarda hər hansı irəliləyiş bu tələblər üzrə razılıqdan asılıdır.
Bu açıqlama Donald Trampın daha əvvəl İranla razılaşmanın “tezliklə” əldə olunacağı, İranın nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa razı olduğu və danışıqların yekun mərhələyə yaxınlaşdığı barədə iddiaları fonunda səslənib.