Küveyt ordusu atəşkəsə baxmayaraq İrandan hücumların davam etdiyini bildirdi

4 saat əvvəl 1 dəq oxu Editorial Board
Küveyt ordusu atəşkəsə baxmayaraq İrandan hücumların davam etdiyini bildirdi


Küveyt ordusu son 24 saat ərzində ölkənin hava məkanında 7 “düşmən” pilotsuz uçuş aparatının aşkar edildiyini və hərbi qaydalara uyğun olaraq onlara qarşı tədbir görüldüyünü açıqlayıb.


ArazNews-un məlumatına görə, Küveyt Müdafiə Nazirliyinin rəsmi sözçüsü briqada generalı Səud Əbdüləziz əl-Ətibi bildirib ki, İrana aid olduğu iddia edilən hücumlar Milli Qvardiyaya bağlı bir neçə həyati əhəmiyyətli obyektləri hədəf alıb və nəticədə bəzi hərbçilər yaralanıb. Onların vəziyyətinin stabil olduğu qeyd olunub. Hücumlar həmçinin ciddi maddi ziyana səbəb olub.