Livanın güneyində Hizbullah ilə İsrail ordusu arasında toqquşma baş verdi

1 gün əvvəl 1 dəq oxu Editorial Board
 Livanın güneyində Hizbullah ilə İsrail ordusu arasında toqquşma baş verdi


Hizbullah bildirib ki, qüvvələri Livanın güneyində yerləşən Bint Cbeyl şəhərində İsrail ordusu ilə qarşıdurmaya girib.


ArazNews-un məlumatına görə, The Times of Israel-ə istinadən, son günlər İsrail ordusu 162-ci briqada daxil olmaqla qüvvələrini bölgəyə yerləşdirərək Bint Cbeyli mühasirəyə alıb və ərazini Hizbullah qüvvələri və infrastrukturundan təmizləməyə çalışır.


Hizbullah yaydığı bəyanatda qeyd edib ki, döyüşçüləri şəhərdə irəliləyən İsrail qüvvələrinə yüngül silahlar və RPG-lərlə hücum edib, həmçinin digər mövqeləri raket atəşi ilə hədəfə alıb.


Eyni zamanda, İsrail ordusu bu gün baş verən toqquşmalarda itkilərlə bağlı hələlik rəsmi məlumat yaymayıb.