Zelenski Ərdoğanla görüş üçün İstanbula gəldi

4 saat əvvəl 1 dəq oxu Editorial Board
Zelenski Ərdoğanla görüş üçün İstanbula gəldi


ArazNews xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski İstanbula gəldiyini açıqlayıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərin planlaşdırıldığını bildirib.


Onun sözlərinə görə, tərəflər arasında əvvəlcədən hazırlanmış “məzmunlu danışıqlar” aparılacaq və bu görüşlər ikitərəfli əməkdaşlıqla yanaşı, regional təhlükəsizlik məsələlərini də əhatə edəcək.


Zelenski vurğulayıb ki, iki ölkə insanların həyatının qorunması, sabitliyin artırılması və Avropa ilə yanaşı Orta Şərqdə təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığı genişləndirməyə çalışır.


O əlavə edib: “Birgə səylər həmişə ən yaxşı nəticələri verir.”


Məlumata görə, Ukrayna son həftələrdə İranın PUA hücumlarına qarşı mübarizə sahəsində Körfəz ölkələri ilə əməkdaşlığını gücləndirib.