İranda internet kəsintisi ilə bağlı fikir ayrılığı; “seçimli çıxış” təklifi gündəmdə

1 saat əvvəl 1 dəq oxu Editorial Board
İranda internet kəsintisi ilə bağlı fikir ayrılığı; “seçimli çıxış” təklifi gündəmdə


ArazNews xəbər verir ki, İranda qlobal internetə çıxışın 36-cı günə çatması və 840 saatdan çox davam etməsi fonunda bu vəziyyətin idarə olunması ilə bağlı qurumlar arasında fikir ayrılığı yaranıb.

Məlumata görə, “Nəsr” (İran Kompüter Sistemləri İttifaqı) nümayəndələri ilə təhlükəsizlik qurumları arasında keçirilən görüşdə texnologiya və rəqəmsal biznes sahəsinin nümayəndələri bu məhdudiyyətlərin ağır iqtisadi nəticələri barədə xəbərdarlıq ediblər. Onlar bildirib ki, bu vəziyyət bizneslərin bağlanmasına və kütləvi işçi ixtisarlarına səbəb olur.


Görüşdə təhlükəsizlik qurumlarına bağlı bir nümayəndə şənbə günündən etibarən bəzi “seçilmiş” istifadəçilər üçün “ağ xətt”ə bənzər mexanizmlə məhdud internet çıxışının təmin edilə biləcəyini irəli sürüb. Bu təklif isə özəl sektor nümayəndələrinin tənqidi ilə qarşılanıb.


“Nəsr” nümayəndələrindən birinin sözlərinə görə, hətta bu qurum üzvlərinə tam çıxış verilsə belə, əsas problem həll olunmayacaq, çünki bizneslərin fəaliyyəti geniş və azad internet bağlantısından asılıdır və bu əlaqə hazırkı şəraitdə ciddi şəkildə pozulub.