Təbrizin Eynalı bölgəsində partlayış; bir nöqtə hədəf alındı

5 saat əvvəl 1 dəq oxu Editorial Board
 Təbrizin Eynalı bölgəsində partlayış; bir nöqtə hədəf alındı


ArazNews xəbər verir ki, cümə günü 3 aprel saat 17:44 radələrində Təbrizin Eynalı dağlıq ərazisi hədəf alınıb və eyni vaxtda bir neçə güclü partlayış baş verib. Şahidlər qalın tüstü və güclü yer sarsıntısı müşahidə etdiklərini bildirib, partlayış səslərinin Vəliəsr daxil olmaqla ətraf bölgələrdən də eşidildiyi qeyd olunub.


Hadisədən sonra Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə İdarəsinin rəhbəri açıqlayıb ki, “Eynalı istirahət zonasında bir nöqtə vurulub” və vətəndaşlardan vəziyyətin idarə olunması üçün Pasdaran avtomagistralında Fəhmide meydanından Azərbaycan meydanı istiqamətində hərəkətdən çəkinmələri, alternativ marşrutlardan istifadə etmələri istənilib. Həmçinin əhalidən Eynalı ərazisinə getməmələri tələb olunub.


Məlumata görə, yayılan təcili bildirişdə də Pasdaran magistralının şərqdən qərbə istiqamətində hərəkətin məhdudlaşdırılması və Eynalı istirahət zonasına daxil olunmaması xüsusi vurğulanıb.