Netanyahu: İranın polad istehsal gücünün 70 faizi məhv edilib

4 saat əvvəl 1 dəq oxu Editorial Board
 Netanyahu: İranın polad istehsal gücünün 70 faizi məhv edilib


İsrailin baş naziri Benyamin Netanyahu bu hücumları İranın hərbi gücünü zəiflətmək baxımından “böyük nailiyyət” kimi qiymətləndirib.


ArazNews xəbər verir ki, Netanyahu video müraciətində bildirib ki, İsrailin hava zərbələri İranın polad istehsal gücünün təxminən 70 faizini sıradan çıxarıb.


O iddia edib ki, bu addım İranın silah istehsal qabiliyyətinə ciddi təsir göstərib və Sepah-ı maliyyə və istehsal imkanlarından məhrum edir.


Netanyahu ABŞ ilə tam koordinasiya şəraitində hərəkət etdiklərini vurğulayaraq deyib: “Mən və prezident Tramp arasında, eləcə də İsrail ordusu ilə ABŞ silahlı qüvvələri arasında tam koordinasiya mövcuddur və İran qarşı hücumlar davam edəcək.”


O əlavə edib ki, Hizbullah qarşısında hərbi əməliyyatlar da paralel şəkildə davam edir.


Bundan əvvəl İran rəsmiləri İsfahandakı Fulad Mobarake və Xuzistanda yerləşən polad zavodlarının hücum nəticəsində zərər gördüyünü açıqlamışdı.