Trampdan yeni təhdid: Körpülərdən sonra növbə elektrik stansiyalarına çatacaq

5 saat əvvəl 1 dəq oxu Editorial Board
Trampdan yeni təhdid: Körpülərdən sonra növbə elektrik stansiyalarına çatacaq


ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında yaydığı mesajda İran rejimini yenidən təhdid edib və körpülərdən sonra elektrik stansiyalarının hədəf alınacağını bildirib.


ArazNews xəbər verir ki, Tramp yazıb: “Ordumuz, açıq fərqlə dünyanın ən böyük və ən güclü ordusu, İranda qalanları hələ tam məhv etməyə belə başlamayıb. Növbəti mərhələdə körpülər, sonra isə elektrik stansiyaları! Yeni rejimin rəhbərliyi nə etməli olduğunu bilir və bunu tez etməlidir.”


O son günlərdə iddia edib ki, İran rejiminin bəzi liderlərinin öldürülməsindən sonra ölkədə “daha məntiqli və daha rasional” yeni bir rəhbərlik formalaşıb.


Eyni zamanda, ABŞ-da bəzi hüquqşünaslar bu cür hücumların “müharibə cinayəti” sayıla biləcəyi barədə xəbərdarlıq ediblər. Digər tərəfdən, İran rejiminin də regiondakı ərəb ölkələrində neft obyektləri kimi mülki infrastrukturları hədəf aldığı bildirilir.