Husilər Tel-Əvivə raket hücumu iddiası irəli sürdü

27 gün əvvəl 1 dəq oxu Editorial Board
Husilər Tel-Əvivə raket hücumu iddiası irəli sürdü


İranda dəstəklənən Yəmən husiləri bu gün axşam İsrailə edilən ballistik raket hücumuna görə məsuliyyəti üzərinə götürüb.


ArazNews xəbər verir ki, husilər yaydıqları bəyanatda Tel-Əviv bölgəsində “həyati əhəmiyyətli hədəfləri” vurduqlarını iddia ediblər.


İsrail ordusu isə açıqlamasında Yəməndən buraxılan raketin Yerusəlimdə siqnalların işə düşməsinə səbəb olduğunu, lakin havada zərərsizləşdirildiyini və Tel-Əvivin hədəf alınmadığını bildirib.