Tofiq Daru şirkətinə PUA hücumu; İsrail ordusunun xəbərdarlığından sonra zərbə endirildi

3 saat əvvəl 1 dəq oxu
 Tofiq Daru şirkətinə PUA hücumu; İsrail ordusunun xəbərdarlığından sonra zərbə endirildi


ArazNews xəbər verir ki, “Tofiq Daru” tədqiqat və mühəndislik şirkəti bu gün səhər saat 07:00 radələrində iki PUA ilə hədəf alınıb. Hücum İsrail ordusunun ərazi sakinlərinə etdiyi xəbərdarlıdan təxminən 15 dəqiqə sonra baş verib.


Yayılan görüntü və məlumatlara görə, PUA-lar şirkətin istehsal binasına birbaşa dəydiyi bildirilib.


“Tofiq Daru” dərman xammalı istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir və İsrailin “Teva” şirkətindən sonra MS xəstəliyinin müalicəsində istifadə olunan glatiramer asetat istehsalçıları arasında qeyd olunur.


Bildirilir ki, İsrail ordusunun xəbərdarlıq etdiyi ərazidə bir neçə dərman müəssisəsi və əlaqəli anbarlar da yerləşir.