Pezeşkiyan İraq “döyüşçülərinə” təşəkkür etdi; rejimin proxy rolu bir daha gündəmdə

2 saat əvvəl 1 dəq oxu
 Pezeşkiyan İraq “döyüşçülərinə” təşəkkür etdi; rejimin proxy rolu bir daha gündəmdə


ArazNews xəbər verir ki, İran prezidenti Məsud Pezeşkiyan yaydığı mesajda İraq xalqına, rəsmilərinə və “döyüşçülərinə” İranın yanında olduqları üçün təşəkkür edib və bunu ortaq tarix, kimlik və dini dəyərlərlə əlaqələndirib.


Bu açıqlama İran rejiminin İraq üzərindən apardığı proxy siyasətini bir daha gündəmə gətirib və Tehranın bölgədə bağlı qüvvələrdən istifadə etdiyini göstərir.


Məlumata görə, bu mövqe İranın müharibəni regiona yaymaq strategiyasının davamı kimi qiymətləndirilir.


Eyni zamanda qeyd olunur ki, İranın illərdir davam edən müdaxilələri İraqın sabitliyinə mənfi təsir göstərib və bu cür açıqlamalar həmin siyasətin açıq təsdiqi kimi dəyərləndirilir.