Qeşm adasında su duzsuzlaşdırma zavodu hücuma məruz qaldı və sıradan çıxdı

2 saat əvvəl 1 dəq oxu
Qeşm adasında su duzsuzlaşdırma zavodu hücuma məruz qaldı və sıradan çıxdı


ArazNews-un İSNA-ya istinadən verdiyi məlumata görə, İranın Səhiyyə Nazirliyinin rəsmisi Möhsən Fərahadi bildirib ki, Hörmüz boğazında yerləşən Qeşm adasındakı su duzsuzlaşdırma zavodu hücuma məruz qalıb və fəaliyyətini dayandırıb.


Məlumata əsasən, bu obyekt aldığı zədələr səbəbilə qısa müddətdə bərpa edilə biləcək vəziyyətdə deyil.


Bu hadisə son günlərdə İranın cənub bölgələrində həyati infrastrukturların dəfələrlə hədəf alınması fonunda baş verib və əsas xidmətlərin təminatı ilə bağlı narahatlıqları artırıb.