Türkiyədən rəsmi reaksiya: “İrana dəstək və ya müharibəyə daxil olma iddiaları dezinformasiyadır”

4 saat əvvəl 1 dəq oxu
 Türkiyədən rəsmi reaksiya: “İrana dəstək və ya müharibəyə daxil olma iddiaları dezinformasiyadır”


Türkiyə Prezident Administrasiyasına bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzi sosial mediada yayılan iddiaları təkzib edib.


ArazNews-un məlumatına görə, bəyanatda Türkiyənin İrana dəstək məqsədilə müharibəyə qoşulduğu və ya Livana daxil olduğu barədə məlumatların “yanıltıcı informasiya” olduğu vurğulanıb.


Qeyd olunub ki, Türkiyə böhranın əvvəlindən bu münaqişənin tərəfi olmadığını bəyan edib və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hücumların dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və sülhün təmin olunması üçün intensiv diplomatik səylər göstərir.


Bəyanatda həmçinin bildirilib ki, bu cür iddiaların yayılması “psixoloji müharibə”nin bir hissəsidir və məqsəd Türkiyənin imicinə zərbə vurmaq, eləcə də böhran idarəçiliyindəki rolunu zəiflətməkdir.