İranla müharibə yeni bir Holokostun qarşısını aldı

4 saat əvvəl 1 dəq oxu Editorial Board
İranla müharibə yeni bir Holokostun qarşısını aldı


İsrailin baş naziri rəsmi anım mərasimində İranı İsraili məhv etməyə çalışmaqda ittiham edib və bu prosesdə ABŞ-ın rolundan danışıb.

Araz News-un məlumatına görə, The Times of Israel-ə istinadən, İsrailin baş naziri Benyamin Netanyahu rəsmi anım mərasimində İranı İsraili məhv etməyə çalışmaqda ittiham edib və bu prosesdə ABŞ-ın roluna toxunub.


O, Qüdsdə yerləşən Herzl dağında keçirilən mərasimdə bildirib ki, İranla son müharibə “yeni bir Holokostun” qarşısını alıb. Netanyahu iddia edib ki, İran nüvə silahı və ballistik raketlər vasitəsilə İsraili məhv etməyi planlaşdırıb və əlavə edib ki, hərbi müdaxilə olmasaydı, İranın nüvə obyektlərinin adı nasistlərin ölüm düşərgələri ilə yanaşı çəkilə bilərdi.


Netanyahu vurğulayıb ki, İsrail ABŞ ilə əməkdaşlıq çərçivəsində bu təhlükəni reallaşmadan aradan qaldırıb və bunu “təcili ekzistensial təhlükə” kimi qiymətləndirib.


O, çıxışının digər hissəsində Livanın cənubunda bir hərbçinin öldürülməsinə toxunaraq, İsrail ordusunda druzlar, xristianlar və müsəlmanlar da daxil olmaqla müxtəlif icmaların iştirak etdiyini və onların birgə fəaliyyət göstərdiyini bildirib.