ABŞ jurnalistinin iddiası: Rubio G7-yə dedi – müharibə 2–4 həftə davam edəcək

3 saat əvvəl 1 dəq oxu
 ABŞ jurnalistinin iddiası: Rubio G7-yə dedi – müharibə 2–4 həftə davam edəcək


İsrailli-amerikalı jurnalist Barak Ravid bildirib ki, ABŞ dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinə İranla müharibənin daha 2–4 həftə davam edə biləcəyini deyib.


ArazNews xəbər verir ki, jurnalistin sözlərinə görə, üç məlumatlı mənbəyə istinadən Rubio ABŞ-ın bu müharibədə bütün hədəflərinə çatmaqda qərarlı olduğunu vurğulayıb.


Bu iddia Fransada keçirilən G7 xarici işlər nazirlərinin toplantısı fonunda səsləndirilib. Bildirilir ki, müharibənin gələcək istiqaməti ilə bağlı ABŞ və müttəfiqləri arasında fikir ayrılıqları mövcuddur.